ABŞ Daxili Təhlükəsizlik Nazirliyi qanunsuz miqrantların deportasiyasına yardım üçün 20 min milli qvardiya əsgərinin köməyini istəyib.
“İki sahil” xəbər verir ki, bu barədə “Hill” nəşri məlumat yayıb.
“Daxili Təhlükəsizlik Nazirliyi prezident Donald Trampın miqrasiya sahəsindəki siyasətinin irəliləməsinə kömək etmək üçün 20 min milli qvardiya əsgərinin yardımını istəyib”, – məlumatda deyilir.
Nəşrin yazdığına görə, milli qvardiya cinayətkar qanunsuz miqrantların həbs edilməsi və deportasiyasına kömək etməlidir.