Varşava polisi gürcü cinayətkarı saxlayıb.
“İki sahil” RMF FM radiostansiyasına istinadla xəbər verir ki, o, Polşaya saxta pasportla gəlib və hansısa tapşırığı yerinə yetirməli olub, lakin dəqiq nə olduğu göstərilməyib. Onun evindən 7 silah və 200-dən çox patron aşkar edilib.
Ondan başqa, Varşava yaxınlığındakı rayonunda evdə olan daha 6 gürcü saxlanılıb. Cinayətkar qrupun evinə baxış zamanı oğurlanmış silah-sursat, həmçinin oğurluqda istifadə edilən LSD narkotik vasitə götürülüb.
RMF FM-in verdiyi məlumata görə, aprel ayında Varşava polisi avtomobildən silah və sursatların oğurlanması ilə bağlı əməliyyat keçirib. Həmin vaxt şəhərin mərkəzində Gürcüstan vətəndaşı da həbs edilib.