17 may 2025 00:57
99

Şəhidin xatirəsinə həsr olunan idman yarışı

Vətən müharibəsinin şəhidi Anar Novruzovun adı hər dəfə çəkiləndə bütün masallılar qürur duyur, onunla fəxr edirlər. Onun əziz xatirəsinə ehtiram əlaməti olaraq müxtəlif tədbirlərlə bərabər idman yarışları da təşkil edilir.

Növbəti dəfə isə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində ölümsüzlüyə qovuşan qəhrəman şəhid Anar Novruzovun xatirəsinə həsr olunmuş yeniyetmə və gənclər  arasında güllə atıcılığı üzrə Masallı rayon turniri keçirilib.

Masallı Gənclər evi SXM-də təşkil edilən turnirdə 12 oğlan və 15 qız olmaqla 27 nəfər  öz nişan alma bacarığını  göstərib.

Məlumat üçün bildirək ki, turnirin təşkilində  əsas məqsəd Vətən uğrunda qəhrəmancasına şəhid olmuş Anar Novruzovun əziz xatirəsini yad etmək  və onun qəhrəmanlığını gənc nəsillərə tanıtmaq, yeniyetmə və gənclər arasında güllə atıcılığı kimi xüsusi diqqət və dəqiqlik tələb edən idman növünə marağı artırmaq, onların fiziki hazırlıq səviyyəsini inkişaf etdirmək və bu sahədə istedadlı gəncləri aşkar etmək, həmçinin gənclərin hərbi-idman hazırlığının inkişafına dəstək vermək, eləcə onların gələcəkdə ölkənin müdafiə potensialının bir hissəsi kimi yetişməsidir.

Turnirdə  qalib yerlər qazanan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif  edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü