16 may 2025 17:30
148

"Sumqayıt"ın kapitanı karyerasını başa vurur

"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev futbolçu karyerasını başa vurur.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı mayın 17-də, Misli Premyer Liqasının XXXV turunda "Turan Tovuz"la matçdan əvvəl tədbir keçiriləcək. 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin formasını geyinir.