Papa XIV Leo Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə hazır deyil.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın dövlət katibi Pietro Parolin məlumat verib.
"Bununla belə, Vatikan iki ölkə liderlərinin görüş yerinə çevrilə bilər" - deyə, o, əlavə edib.
"Papa Vatikanı iki tərəf arasında birbaşa görüş üçün əlçatan etmək niyyətindədir”, - deyə Parolin jurnalistlərlə söhbətində qeyd edib. Bundan əvvəl kardinal Vatikanın tərəflərin digər təşəbbüslərinə mane olmayacağını qeyd edib. Pietro Parolin də ümid etdiyini bildirib ki, Rusiya ilə Ukrayna arasında İstanbulda baş tutan görüş münaqişənin başa çatması üçün başlanğıc nöqtəsi olacaq.