17 may 2025 11:11
93

Cənubi Koreyanın sabiq prezidenti seçkilər ərəfəsində partiyadan çıxıb

Cənubi Koreyanın sabiq prezidenti Yun Sok Yol iyunun 3-də keçiriləcək prezident seçkiləri ərəfəsində bu gün hakim "Vətəndaş gücü" partiyasından çıxdığını elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

"Bu gün mən "Vətəndaş gücü" partiyasını tərk edirəm. Mənə inanan və uzun müddət mənimlə olan silahdaşlarımın qarşısında baş əyirəm", - keçmiş prezident bildirib.

O qeyd edib ki, növbədənkənar prezident seçkilərində partiyanın namizədinin qələbəsini təmin etmək və ölkədə liberal demokratiyanı qorumaq üçün partiyadan çıxmasını ən yaxşı yol hesab edir.