Türkiyənin xarici işlər naziri Hakan Fidan paytaxt Ər-Riyadda Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Qeyd edilib ki, Hakan Fidan Türkiyə-Səudiyyə Koordinasiya Şurasının ikinci iclasında iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.
XİN başçısı Ər-Riyadda keçirilən görüş çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə görüşüb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”