18 may 2025 18:42
110

Nigeriyada bərə qəzası nəticəsində 37 nəfər ölüb

Nigeriyanın cənub-qərb hissəsində Niger çayında bərənin qəzaya uğraması nəticəsində azı 37 nəfər boğulub.

“İki sahil” xəbər verir ki, bu barədə “Cable” portalı məlumat yayıb.

Bildirilib ki, hadisə Kvara ştatının Qbaciqbo yaşayış məntəqəsində baş verib. İlkin məlumatlara görə, gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.