19 may 2025 02:33
98

Güləşçimiz Rusiyada bürünc medal qazanıb

Azərbaycan güləşçisi Musa Ağayev Rusiyanın Kaspiysk şəhərində keçirilən sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

55-ci dəfə keçirilən memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.

Musa Ağayev 65 kq çəki dərəcəsində üçüncü yeri tutub.

Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.