19 may 2025 17:03
110

Zelenski: İstanbuldakı danışıqların əsas nəticəsi...

“1000 nəfər üçün 1000” formatında hərbi əsirlərin mübadiləsinə dair razılaşmanı Rusiya nümayəndələri ilə Türkiyədəki danışıqların əsas nəticəsi olub.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidet Vladimir Zelenski Telegram-da yazıb.

“Bizim komandamız hazırda mübadilənin təfərrüatlarını işləyir”, - deyə, o, qeyd edib.

Moskva və Kiyev nümayəndələri arasında İstanbulda aparılan danışıqlarda əsirlərin genişmiqyaslı mübadiləsinə dair razılıq əldə olunub. Rusiya prezidentinin müşaviri Vladimir Medinski bildirib ki, o, “1000 nəfərə 1000” formatında keçiriləcək. Əvvəllər, aprelin ortalarında və mayın əvvəllərində mübadilələr “246 üçün 246” və “205 üçün 205” düsturları üzrə aparılıb.