Amerika Birləşmiş Ştatları G7-yə üzv ölkələrin maliyyə nazirlərinin görüşünün yekunlarına dair bəyanatda Ukraynaya əlavə dəstək haqqında bəndin daxil edilməsinə qarşı çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən iki məmura istinadla “Politico” məlumat yayıb.
Nəşr yazır ki, Vaşinqton həmçinin Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarını “qanunsuz” kimi xarakterizə etmək istəmir.
Bundan əvvəl Avropa İttifaqının G7 ölkələrinin maliyyə nazirlərinə Rusiya neftinin qiymət həddini aşağı salmağı təklif edəcəyi barədə məlumat yayılmışdı. Görüş bu həftə Kanadada baş tutacaq.