24 may 2025 11:10
212

Ermənistana zəlzələdə zərər çəkənlərə yardıma gedərkən həlak olan könüllünün həyat yoldaşı vəfat edib 

Ermənistan SSRİ-nin Spitak rayonunda 7 dekabr 1988-ci ildə baş vermiş 7 bal gücündə zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə kömək üçün gedən könüllüləri daşıyan təyyarənin vurulması nəticəsində təyyarə qəzasında həlak olan Musayev Eynulla Ağası oğlunun həyat yoldaşı Musayeva Rübabə Sərkar qızı  1 il davam edən xəstəlikdən sonra vəfat edib. 

"İki sahil"in Şimal bürosundan verilən məlumata görə, dəfn mərasimi Quba rayonunun Rustov kəndində 24 may 2025-ci il tarixdə, saat 12:00-da olacaq. 

Qeyd edək ki, Musayev Eynulla Ağası oğlunun 1 oğlan və 2 qız övladları yadigar qalıb. 
Allah rəhmət eləsin!

Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün