03 iyun 2025 11:54
148

Reallıq bundan ibarətdir ki, müstəmləkəçilik bizi hələ də təqib edir - Murat Özkaleli

Müstəmləkəçilik bir çox xalqları hətta xəyal qurmaq imkanından məhrum edib.

“İki sahil” xəbər verir ki, ADA Universitetinin dosenti Murat Özkaleli Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müstəmləkəçilik təkcə tarixi hadisə deyil, həm də daha incə və simvolik formalarda özünü göstərən reallıqdır.

"Reallıq bundan ibarətdir ki, müstəmləkəçilik bizi hələ də təqib edir. Müstəmləkəçilər hətta baxışları da formalaşdırırdılar - insanların kim olmalı və necə xəyal qurmalı olmasına onlar qərar verirdilər", - o qeyd edib.

Özkaleli vurğulayıb ki, müstəmləkə siyasəti bir çox xalqları təkcə öz müqəddəratını təyin etmək hüququndan deyil, həm də hətta öz doğma dilində xəyal qurmaq qabiliyyətindən məhrum edib.

"Bəzən tələbələrimdən soruşuram: siz yuxularınızı hansı dildə görürsünüz? Ola bilsin ki, əcdadlarınız sizinlə məhz bu dildə danışır. Kim olmağımızdan asılı olmayaraq yuxularımızı doğma dillərimizdə görməyimizə imkan verin", - o əlavə edib.