10 iyun 2025 13:44
117

İsrail XİN "Patriot" sistemlərinin Ukraynaya verilməsini TƏKZİB EDİB

İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin anbarlarda qalan köhnə “Patriot” raket sistemlərinin Ukraynaya verilməsi ilə bağlı açıqlaması həqiqətə uyğun deyil.

“İki sahil” xəbər verir ki,  bu barədə RİA Novosti məlumat yayıb.

"Bəyanat doğru deyil. İsrail Patriot sistemlərini Ukraynaya verməyib", - deyə, məlumatda qeyd edilir.

Mixail Brodski iyunun 10-da ukraynalı jurnalistlərə müsahibəsində bildirib ki, İsrail də Ukraynaya hərbi yardım edib. Nümunə kimi o, 90-cı illərin əvvəllərində İsrail ordusunda xidmətdə olan “Patriot”ların Kiyevə göndərilməsini göstərib. Lakin o, neçə sistem göndərildiyini və bunun nə vaxt baş verdiyini açıqlamayıb.