12 iyun 2025 17:28
164

Ukraynadakı münaqişə Qərbin silaha yanaşmasının köhnəldiyini göstərdi - "Business Insider"

Ukrayna münaqişəsi Qərbi silahlarının effektivliyi barədə düşünməyə vadar edib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Business Insider" məlumat yayıb.

Nəşr Britaniya müdafiə nazirinin müavini Lyuk Pollardın sözlərini sitat gətirib: “Müharibə göstərdi ki, Qərb silah almaq vasitələrini dəyişdirməlidir... Bizim ordularımızı idarə etmə tərzimiz, müdafiəmizi idarə etmə tərzimiz köhnəlib".

Məqalə müəlliflərinin fikrincə, Qərbə bahalı sistemlər əvəzinə daha çox kütləvi istehsal olunan silahlar lazımdır.