Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə 37 ildən sonra "Son zəng" mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, məzun günündə həmçinin orta məktəbdə 1988-ci il məzunları üçün vaxtilə baş tutmayan “Son zəng” tədbiri təşkil olunub.
Həmçinin bu il sözügedən məktəbin 14 şagirdi məzun olub.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Elm və Təhsil Nazirliyinin əməkdaşları məktəb heyəti, şagirdlər valideyinlər, şəhid ailələri və müharibə veteranları da iştirak ediblər.
S.Qəhrəmanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin gənclərin savadlı, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynadığını söyləyib. O deyib ki, dünyanın aparıcı ali təhsil müəssisələrində Azərbaycan üçün prioritet hesab olunan ixtisaslar üzrə gənclərin təhsil almalarına hər cür şərait yaradılıb.
“Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam edib.