Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə "Son Zəng" tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov və digər qurumların rəhbər şəxsləri iştirak edib.
Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik edib. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib.
Qeyd edək ki, bu il həmin məktəbdən 8 şagird məzun olur.
Zəhra İsgəndərlinin təhsil və musiqi sahəsindəki aktiv fəaliyyəti “Kardelen TV”də
Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçirilib
Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik tarixə iz salmaq deyil, tarixi qorumaqdır