MAQATE İranın Natanz nüvə obyektində yeraltı zənginləşdirmə salonlarında raket zərbələrinin təsirlərin izlərini aşkar edib.
“İki sahil” xəbər verir ki, bu barədə MAQATE-nin X sosial media yazısında bildirib.
Tapıntılar yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntülərinin davamlı təhlili əsasında hazırlanıb.
Eyni zamanda, MAQATE-nin məlumatına görə, İranın İsfahan və Fordodakı obyektlərində heç bir dəyişiklik qeydə alınmayıb.