Macarıstanın xarici işlər naziri Peter Sjyarto Avropa Komissiyasının Rusiyadan qazdan imtina planlarına qarşı mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz Avropa Komissiyasının bu təklifinin qəti əleyhinəyik. Biz bu təklifə qarşı lazım olan qədər mübarizə aparacağıq, çünki biz Rusiya ilə enerji sahəsində əməkdaşlığımızı dayandırmaq istəmirik", - deyə, o, qeyd edib.
Bundan əvvəl Avropa İttifaqının xarici işlər naziri Kaja Kallas bildirmişdi ki, Avropa Rusiya qazının “kranını əbədi olaraq bağlayacaq”.