ABŞ Prezidenti Donald Trampın administrasiyası İranın müdafiə sənayesini həssas avadanlıqlarla təmin etməkdə iştirak edən səkkiz qurum, bir gəmi və bir fiziki şəxsə qarşı yeni sanksiyalar elan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Maliyyə Naziri Skott Bessent məlumat verib.
Bessentin açıqlamasında bildirilir ki, “Birləşmiş Ştatlar İranın ballistik raketlər, pilotsuz təyyarələr və asimmetrik silah proqramlarını dəstəkləyən həssas texnologiyalar, komponentlər və ikili təyinatlı avadanlıqlar əldə etmək cəhdlərinin qarşısını almağa sadiqdir”.