Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-Kilid" əməliyyat bölgəsində terrorçulara aid yeni mağara aşkar edib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölgədə əməliyyat-axtarış tədbirləri fasiləsiz davam edir.
"Yararsız hala salınan mağarada silah-sursat və məişət əşyaları ələ keçirilib", - məlumatda qeyd olunub.