21 iyun 2025 15:20
112

Tom Kruz kinoya verdiyi töhfəyə görə "Oskar" alacaq

Məşhur amerikalı aktyor Tom Kruz "Oskar" mükafatına layiq görüləcək. 

“İki sahil” xəbər verir ki, bu barədə "myweekend.ru" məlumat yayıb.

Ona bu mükfat konkret rola görə deyil, kinonun inkişafındakı xidmətlərinə görə veriləcək.

Noyabr ayında Amerika Kino Akademiyası Mükafatlarının təqdimetmə mərasimi keçiriləcək. Kruz həmin vaxt səhnəni xoreoqraf Debbi Allen, fondu dünya üzrə uşaqlara təxminən 285 milyon dollarlıq kitab paylamış müğənni Dolli Parton və prodüser Uinn Tomasla paylaşacaq.

Kassa gəlirlərinə, görkəmli rollara, dörd Oskar nominasiyasına baxmayaraq, Kruz heç vaxt ən yaxşı aktyor nominasiyasını qazana bilməyib. İndi Akademiya aktyorun özünün etdiyi riskli kaskadyorluq hərəkətləri, həmçinin pandemiyadan sonra kino sənayesinin canlanmasına verdiyi töhfətə görə onu mükafatlandıracaq.