21 iyun 2025 16:24
126

Karapetyanın həbsi Avropa üçün sərfəlidir - İDDİA

Ermənistanda Karapetyanın həbsi Avropa İttifaqı üçün faydalıdır.

“İki sahil” xəbər verir ki,  bunu Qlobal Siyasət İnstitutunun baş elmi işçisi George Samueli RT-yə bildirib.

İyunun 18-də Ermənistan məhkəməsi Karapetyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. O, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur.

İttihamlar iş adamının Paşinyanın ona qarşı sərt bəyanatları fonunda Erməni Apostol Kilsəsini müdafiə edərək çıxışından sonra irəli sürülüb.