Mindanao adasının (Filippin) şərq sahillərində Filippin dənizi sularında 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı bildirib.
Məlumata əsasən, zəlzələnin episentri Mindanao adasında Bisliq şəhərindən 390 km şərqdə yerləşib.
Episentrdə zəlzələnin intensivliyinə əsasən seysmik hadisə “dağıdıcı” kimi qiymətləndirilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 6,3 olaraq qiymətləndirib. Onun məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub.