Vladimir Zelenskinin Böyük Britaniya kralı III Çarlzla görüşə kostyumda getməsi ABŞ lideri Donald Trampı qəzəbləndirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə “Daily Express” məlumat yayıb.
“Zelenski III Çarlzla adi “hərbi forması” əvəzinə qara pencək və şalvarda görüşüb – bu addım, şübhəsiz ki, Trampı qəzəbləndirəcək”, – deyə, məqalədə qeyd edilir.
Məqalə müəlliflərinin xatırlatdığı kimi, Zelenski kralla heç vaxt Ağ Evdə geyinmədiyi paltarda görüşüb.
Bundan əvvəl Ağ Evdəki görüşdə Tramp Kiyev rejiminin rəhbərinin qeyri-rəsmi üslubundan narazılığını bildirmişdi.
Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski ABŞ prezident administrasiyasını Zelenski yenidən ora kostyumsuz gələrsə, onu Ağ Evdən qovmağa çağırıb.