24 iyun 2025 09:42
122

Tramp İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin artıq qüvvədə olduğunu deyib və hər iki tərəfi buna əməl etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, “Truth” sosial hesabında yazıb.

"Atəşkəs artıq qüvvədədir. Xahiş edirəm, onu pozmayın!”, - deyə Amerika lideri qeyd edib.