26 iyun 2025 20:51
140

Paraqvaylı futbolçu “Neftçi”də

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, “ağ-qaralar” paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis ilə müqavilə imzalayıb.

Bildirilib ki, 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

Bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur.

O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.