05 sentyabr 2026 23:13
91

"Beşiktaş" ikinci pillədə qərarlaşıb

Türkiyə Superliqasında daha bir oyun keçirilib.

“İki sahil” xəbər verir ki, IV turun mərkəzi matçında "Fənərbağça" "Beşiktaş"ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Ağ-qaralar"ın heyətində 38-ci dəqiqədə Rıdvan Yılmaz, 73-cü dəqiqədə Duşan Vlahoviç fərqlənib. Meydan sahiblərinin heyətində isə Milan Şkrinyar 26-cı dəqiqədə adını tabloya yazdıra bilib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Beşiktaş" ikinci pillədə qərarlaşıb. "Fənərbağça" 6 xalla dördüncü yerdədir.