05 sentyabr 2026 23:58
96

“Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib, görüş qolsuz heç-heçə ilə başa çatıb

Bundesliqanın 2-ci turunun mərkəzi qarşılaşmasında “Bavariya” səfərdə “Şalke 04” ilə üz-üzə gəlib.

“İki sahil” xəbər verir ki,  qarşılaşmada hesab açılmayıb və görüş qolsuz heç-heçə ilə başa çatıb. Münxenlilərin əsas rəqibi Dortmundun “Borussiya” klubu səfərdə “Hoffenhaym” üzərində qələbə qazanıb – 3:2. Ötən tur xal itirən “Bayer Leverkuzen” bu dəfə paytaxt təmsilçisi – “Union Berlin”i darmadağı edib - 4:0. “Elversverq” səfərdə Mönxenqladbaxın “Borussiya” komandasına qalib gəlib – 4:3. “Verder Bremen” öz meydanında “Leypsiq” komandasını (3:1), “Frayburq” isə səfərdə “Paderborn”u (1:0) məğlubiyyətə uğradıb.

Qeyd edək ki, turun ötən gün oynanılan açılış matçında “Ştutqart” doğma divarlar arasında “Köln”ə böyük hesabla qalib gəlib – 4:1.

Tura bazar günü keçiriləcək “Hamburger” – “Mayns” və “Ayntraxt” – “Auqsburq” görüşləri ilə yekun vurulacaq.

İki turdan sonra Bundesiqada “Frayburq”, “Borussiya Dortmund” və “Elversberq” 6 xalla müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar. “Bavariya” 4 xalla dördüncü sırada yer alıb.