30 iyun 2025 09:09
130

Serbiyada etirazçılar küçələri bağlayıblar

Serbiyada etirazçılar sosial media vasitəsilə müraciət ünvanlayaraq daha əvvəl saxlanılmış aksiyaçıların dərhal azad edilməsi və növbədənkənar parlament seçkisinin keçirilməsi də daxil olmaqla, tələbləri yerinə yetirilənə qədər yolları və küçələri bağlı saxlayacaqlarını bəyan ediblər.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, tələbələr Belqradın 24 yerində yolları bağladıqlarını və ölkənin 18 şəhərində etirazların keçirildiyini bildiriblər.

Qeyd edək ki, iyunun 28-i axşam saatlarından Serbiyanın paytaxtı Belqradda tələbələrin etiraz aksiyaları keçirilib, ondan sonra iğtişaşlar başlayıb.