02 iyul 2025 11:17
129

İyunda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Bu ilin iyun ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 148 min 770 nəfər olub.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlər Sosial Müdafiə Fondunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, onların 112 min 298-i yaşa, 14 min 218-i əlilliyə, 22 min 254-ü isə ailə başçısını itirməyə görə pensiya alıb.