04 iyul 2025 16:40
125

"Yuventus" kanadalı hücumçu transfer etdi

"Yuventus" heyətinə yeni futbolçu cəlb edib.

“İki sahil” xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kanadalı hücumçu Conatan Devid azad agent kimi İtaliya klubuna keçib.

Son olaraq "Lill"də çıxış edən 25 yaşlı forvard ötən mövsüm 49 oyunda 25 qol vurub və 12 məhsuldar ötürmə edib. Kanada millisinin üzvü Belçikanın "Gent" klubunda da oynayıb.