04 iyul 2025 17:52
120

"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı

"Arsenal" futbolçusu Takehiro Tomiyasu ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yaponiyalı müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Takehiro Tomiyasu 2021-ci ildən "topçular"da çıxış edir. 26 yaşlı futbolçu bu müddət ərzində ümumilikdə  84 oyuna 2 qol vurub və 6 məhsuldar ötürmə edib.