08 iyul 2025 12:01
91

Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq

Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq.

“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir: "Bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına əldə etdilməsidir”.

Eyni zamanda, nazir müavini qeyd edib ki, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub: “Hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2 %-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq".