08 iyul 2025 13:14
105

Anar İsgəndərov: Azərbaycan mediası ölkə həqiqətlərini dünyaya çatdırmaq istiqamətində mühüm fəaliyyət göstərib

Bu gün ölkəmizdə, sözün əsl mənasında, güclü və nüfuzlu mətbuat mövcuddur.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar İsgəndərov “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda çıxışı zamanı səsləndirib.

Deputat qeyd edib ki, media ordusu Azərbaycan tarixini və həqiqətlərini dünyaya çatdırmaq üçün mümkün olan bütün vasitələrdən istifadə edib və bu istiqamətdə mühüm fəaliyyət göstərib.