08 iyul 2025 13:44
117

Ötən tədris ilində 6 778 şagird məktəbi fərqlənmə ilə bitirib

Ötən tədris ilində 6 min 778 şagird məktəbi fərqlənmə ilə bitirib.

Bu barədə "İki sahil"ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2024/2025-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 150 min 072 məzun adi, 7 min 130 nəfər fərqlənmə attestatına, tam orta təhsil səviyyəsi üzrə isə 108 min 388 nəfər məzun adi, 6 min 778 nəfər fərqlənmə attestatına layiq görülüb.