09 iyul 2025 23:29
135

HƏMAS 10 israilli girovu azad etməyə razılaşıb

HƏMAS radikal hərəkatı Qətərin paytaxtı Dohada məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovun azad edilməsinə razılaşdığını elan edib.

“İki sahil” xəbər verir ki, bu, HIMAS-ın teleqram kanalında dərc edilmiş rəsmi bəyanatdan irəli gəlir.

"HƏMAS danışıqların uğurla nəticələnməsinə çalışır və bu səbəbdən 10 girovun azad edilməsinə razılaşıb. Lakin bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir", - məlumatda deyilir.