“Sammitin prezidenti İrene Natividad, artıq 35 ildir bu qlobal platformanı uğurla idarə edir. Onun qadın liderliyinin inkişafı, iqtisadi və siyasi qərarverici sahələrdə qadınların iştirakının artırılması istiqamətində gördüyü işlər dünya miqyasında böyük təsirə malikdir”“İki sahil” xəbər verir ki, .bu fikirləri tibb elmləri doktoru, “Sağlamlığın Qorunması” İB- rəhbəri Yazgül Abdıyeva öz sosial media hesabında paylaşıb.
Almaniyada keçirilən 35-ci Qlobal Qadın Sammitindən danışan Yazgül Abdıyeva qeyd edib ki, İrene Natividad, qadınların yalnız cəmiyyətin iştirakçısı deyil, həm də onun aparıcı qüvvəsinə çevrilməsi üçün yorulmadan çalışan bir liderdir. Onun təşəbbüsləri nəticəsində bir çox çox ölkədən minlərlə qadın lider hər il bir araya gələrək təcrübə mübadiləsi aparır, ortaq hədəflər üçün birləşir.
Yüksək səviyyəli strateji baxış, təşkilatçılıq bacarığı və peşəkar fəaliyyəti ilə o, qadınların sosial, iqtisadi və siyasi güc mərkəzlərində daha görünən və təsirli olması üçün yeni imkanlar yaradıb. Onun fəaliyyəti, həmçinin daha ədalətli və inklüziv bir dünya qurmaq üçün ilham mənbəyidir.
Bu platformada olmaq və bu güclü qadın liderin işlərinə şahidlik etmək dəyərli təcrübədir.
Daha sonra Yazgül Abdıyeva hörmətli İrene Natividad-a bu möhtəşəm sammit və illərlə davam edən peşəkar fəaliyyəti üçün təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.