12 iyul 2025 08:22
115

İsmayıllıda zəlzələ olub

İyulun 12-də saat 07:18-də İsmayıllıda zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.