12 iyul 2025 11:16
136

Azərbaycan Voleybol Federasiyasının rəsmisi CEV tərəfindən növbəti təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə təyinat alıb.

“İki sahil” xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis kişi voleybolçular arasında (U-22) 2026-cı ildə keçiriləcək Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.

O, 11-13 iyulda Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milliləri də mübarizə aparır.