12 iyul 2025 20:49
124

Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Oxatma Federasiyasının prezidenti, "SportAccord" təşkilatının rəhbəri Uğur Erdenerlə görüşüb.

“İki sahil” xəbər verir ki, Bu barədə Gənclər və idman nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı qurumun keçirdiyi irimiqyaslı idman tədbirlərinin Azərbaycanda təşkili, eləcə də oxatma idman növünün ölkəmizdə inkişafı haqqında müzakirələr aparılıb.

Görüşdə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev də iştirak edib.