13 iyul 2025 13:54
133

Sabah çimərlik havası olacaq

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 14-də zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.