13 iyul 2025 19:30
129

Yorgensen: Aİ 2024-cü ildə Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib

Avropa İttifaqı 2024-cü ildə Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox xərcləyib.

“İki sahil” xəbər verir ki, bunu Avropanın enerji məsələləri üzrə komissarı Dan Yorgensen "La Repubblica" nəşrinə müsahibəsində deyib.

Yorgensen Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək məqsədini təsdiqləyib. O, həmçinin yeni asılılığa düşməmək üçün alternativ bərpa olunan və nüvə enerjisinin inkişafının vacibliyini qeyd edib.

"Biz asılılığı tam aradan qaldırmaq üçün enerji təchizatı mənbələrimizi şaxələndiririk. Bizim ilk qaz tədarükçümüz indi Norveçdir, onun ardınca ABŞ gəlir və hələlik bundan məmnunuq", - o vurğulayıb.