14 iyul 2025 01:22
128

Mostar şəhəri ətrafında meşə yanğını başlayıb

Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhəri ətrafında meşə yanğını baş verib.

“İki sahil” xəbər verir ki, Fortiça təpəsinə doğru yayılan alovun söndürülməsinə mülki müdafiə qüvvələri və helikopter cəlb olunub. Yanğının ətrafdakı yaşayış binaları üçün təhlükə yaratmadığı bildirilib.

Yanğın xətti uzun və əlçatmaz ərazidədir, güclü külək müdaxiləni daha da çətinləşdirir.

Bosniya və Herseqovinanın Serbska Respublikasının Trebinye bölgəsində isə meşə yanğınları bir neçə gündür davam edir. Mülki müdafiə qüvvələri, helikopter, könüllü yanğınsöndürmə cəmiyyətlərinin üzvləri və yerli sakinlər prosesdə iştirak edirlər.