14 iyul 2025 01:35
113

Gyökereş "Arsenal"a keçir?

"Arsenal" İsveç millisinin və "Sportinq"in hücumçusu Viktor Gyökereşi transfer etmək üzrədir.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

"Topçular" 27 yaşlı futbolçu üçün Portuqaliya klubunun tələb etdiyi məbləği – 70 milyon avro əsas, 10 milyon avro bonus olmaqla ödəməyə razıdır.

Qeyd edək ki, Gyökeres 2023-cü ildən "Sportinq"in formasını geyinir. O, bu müddətdə komandanın heyətində 102 oyunda 97 qol vurub və 28 məhsuldar ötürmə verib. İsveç millisində isə onun 26 matçda 15 qolu var.