15 iyul 2025 22:17
127

BMT-də Kipr mövzusunda genişləndirilmiş formatlı qeyri-rəsmi toplantı keçiriləcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-də “Kipr mövzusunda genişləndirilmiş formatlı qeyri-rəsmi toplantı"da iştirak edəcək.

“İki sahil” xəbər verir ki, 16-17 iyul tarixlərində baş tutacaq iclas BMT-nin Nyu-Yorkdakı mənzil qərargahının binasında keçiriləcək.

Toplantıya BMT Baş katibi Antonio Quterreş, Şimali Kipr Türk Cümhuriyyəti və Yunan Kiprinin liderləri, Türkiyə, Yunanıstan və Böyük Britaniyanın yüksək səviyyəli rəsmiləri qatılacaq.

Görüşlərdə tərəflər arasında əməkdaşlıq və etimadın qurulması yolları müzakirə olunacaq.