Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, keçirilən 8 oyunla 2-ci mərhələyə adlayan komandalar bəlli olub.
Azərbaycanı turnirdə təmsil edən "Sabah" Sloveniyada "Çelye"nin qonağı olub. Bakıdakı oyunda 2:3 hesabı ilə uduzan paytaxt təmsilçisi bu dəfə 3:3 hesablı heç-heçə edib və Avropa Liqası ilə vidalaşıb.
İlk görüşdə "İlves"ə (Finlandiya) 6 cavabsız qolla qalib gələn "Şaxtyor" (Donetsk) qolsuz heç-heçə ilə 2-ci mərhələyə yüksəlib. Arda Turanın çalışdırdığı Ukrayna klubu bu turda "Beşiktaş"a rəqib olub.
17 iyul
Avropa Liqası,
1-ci təsnifat mərhələsinin cavab oyunları
20:00. “Aktobe” (Qazaxıstan) - “Legiya” (Polşa) - 0:1
İlk oyun: 0:1
20:00. "İlves" (Finlandiya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:0
İlk oyun: 0:6
21:00. "Hakken" (İsveç) - "Spartak Trnava" (Slovakiya) 2:2
İlk oyun: 1:0
21:30. CFR (Rumıniya) - "Paks" (Macarıstan) - 3:0
İlk oyun: 0:0
22:00. "Çelye" (Sloveniya) - "Sabah" (Azərbaycan) - 3:3
İlk oyun: 3:2
22:00. "Hapoel Beer Şeva" (İsrail) - "Levski" (Bolqarıstan) - 1:1 (Pen. - 1:4)
İlk oyun: 0:0
22:00. "Priştina" (Kosovo) - "Şerif" (Moldova) - 2:1
İlk oyun: 0:4
23:00. "Partizan" (Serbiya) - AEK (Kipr) - 2:2
İlk oyun: 0:1