“Roma” heyətinə yeni oyunçu cəlb edib.
“İki sahil” xəbər verir ki, İtaliya klubu "Lans"dan Nel El-Aynauni ilə güclənib.
"Canavarlar"ın rəsmi saytı 24 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilədək müqavilə imzaladığını rəsmən açıqlayıb. Fransalı futbolçu yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.
"Roma” bu transfer üçün 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, Neil El-Aynaui ötən mövsüm "Lans"ın heyətində 26 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini edib.