ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronun sentyabrda keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini tanımaq planını rədd edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“O, çox yaxşı insandır. O, xoşuma gəlir, amma bu bəyanatın heç bir əhəmiyyəti yoxdur”, - Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.