26 iyul 2025 16:00
132

"Turan Tovuz" Tacikistan millisinin qapıçısını transfer edib

"Turan Tovuz" heyətinə yeni qapıçı cəlb edib.

“İki sahil” xəbər verir ki, bölgə təmsilçisi Tacikistan millisinin qolkiperi Oleq Baklovun keçidini rəsmiləşdirib. Onunla 2 illik müqavilə imzalanıb.

Oleq Baklov son olaraq Rusiyanın "Ufa" klubundan çıxış edib.